Lavrovla görüşən Çavuşoğlu: “Türkiyəni buna görə günahlandırmaq olmaz” - VİDEO

Lavrovla görüşən Çavuşoğlu: “Türkiyəni buna görə günahlandırmaq olmaz” - VİDEO

Hazırda oxunan: Lavrovla görüşən Çavuşoğlu: “Türkiyəni buna görə günahlandırmaq olmaz” - VİDEO

44078

G20 Liderlər Zirvəsi üçün prezident Rəcəb Tayyib Ərdoğanla Romaya səfər edən xarici işlər naziri Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrov ilə görüşüb.

Bizim.Media xəbər verir ki, görüşdən sonra mətbuata açıqlamalar verən Çavuşoğlu, rusiyalı müxbirin Donbassda Türkiyədə istehsal olunan silahlı pilotsuz təyyarələrin (PUA) istifadəsi ilə bağlı sualını cavablandırıb.

“Əgər bir ölkə silahı bizdən, başqa ölkədən alıbsa, o silahı Türkiyə, Rusiya, Ukrayna silahı adlandırmaq olmaz. Əgər dövlət bizdən alırsa, artıq türk məhsulu deyil.
 

MÖVZU İLƏ BAĞLI:

Çavuşoğlu və Lavrov razılaşdı: “3+3” formatı işə salınır


Ola bilsin ki, Türkiyədə istehsal olunub, amma Ukraynaya məxsusdur. Türkiyəni buna görə günahlandırmaq olmaz.

Türkiyə terrorla mübarizə zamanı müxtəlif ölkələrdən müxtəlif silahlarla da qarşılaşır. Bəzən müxtəlif ölkələrdə terrorla mübarizəmiz zamanı müxtəlif ölkələrdən, o cümlədən Rusiyadan fərqli silahlarla qarşılaşırıq. Biz heç vaxt Rusiyanı günahlandırmırıq. Ukrayna da bizim adımızdan istifadəni dayandırmalıdır”, - deyə Türkiyənin XİN başçısı bildirib.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO