Şəhid Mənsur Əhmədovun xatirəsi anıldı - VİDEO

Şəhid Mənsur Əhmədovun xatirəsi anıldı - VİDEO

Hazırda oxunan: Şəhid Mənsur Əhmədovun xatirəsi anıldı - VİDEO

44061

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Vətən müharibəsi şəhidi Mənsur Əhmədovun xatirəsi anılıb.

Bizim.Media xəbər verir ki, anım mərasimində şəhidin ailə üzvləri, dostları, döyüş yoldaşları, Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə şəhid M.Əhmədovun qısa, lakin şərəfli ömür və döyüş yolundan bəhs edən videoçarx nümayiş etdirilib.
 

Anım mərasimində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuzun düşmən üzərində qazandığı parlaq Qələbədən, Vətən müharibəsində Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən söhbət açılıb.


Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya, eləcə də övladının xatirəsinin uca tutulduğuna görə dövlətimizin başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO