Putinin neftlə bağlı bu proqnozları ABŞ və Yaponiyanı qorxutdu - DETALLAR

Putinin neftlə bağlı bu proqnozları ABŞ və Yaponiyanı qorxutdu - DETALLAR

Hazırda oxunan: Putinin neftlə bağlı bu proqnozları ABŞ və Yaponiyanı qorxutdu - DETALLAR

44040

Rusiya prezidenti Vladimir Putinin neftin qiymətinin 100 dollara qədər qalxacağı ilə bağlı proqnozu ABŞ, Yaponiya və Hindistanı “qorxudub”. 

Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg” nəşri yazıb. 

Məqalədə qeyd olunub ki, Amerika, Yaponiya və Hindistan rəsmiləri bir-biri ilə təkbətək danışıblar. Onlar digər iri neft istehlakçıları və istehsalçıları ilə də əlaqə saxlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Vladimir Putinin çıxışı Avropanın qazını yenə ucuzlaşdırdı


Bu cür danışıqlar təxminən üç həftə əvvəl başlayıb. Onlar neftin bir barelinin qiymətinin 85 dolları ötdüyü son günlərdə daha da intensivləşib.

ABŞ, Yaponiya və Hindistanın birjada qiymətlərin əhəmiyyətli artımını kompensasiya etmək məqsədi ilə neft tədarükünü artırmaq istədiyi və OPEC+ ölkələrinə ciddi təzyiqlər etdiyi bildirilir.

Oktyabrın ortalarında Vladimir Putin neftin qiymətinin bir barel üçün 100 dollara qədər yüksələ biləcəyini etiraf edib. Rusiya lideri hesab edir ki, enerji bazarında bütün hərəkətlər “balanslı” olmalıdır. 
 

Putin, həmçinin neftin tükənməsi ilə bağlı xəbərdarlıq edib. Onun sözlərinə görə, dünya bazarında tələbat artdıqda, neft almaq üçün “heç bir yer qalmayacaq”. 


Dünya Bankı neftin qiymətinin artmasının əsas səbəbi kimi, onun təbii qazın əvəzedicisi kimi istifadə edilməsini göstərib.

Qeyd olunur ki, enerji qiymətləri 2021-ci ilin üçüncü rübündə kəskin artıb və proqnozlara görə 2022-ci ildə də yüksək olaraq qalacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO