Vətən müharibəsində qələbəyə həsr olunan parada hazırlıq məşqləri keçirilir - VİDEO

Vətən müharibəsində qələbəyə həsr olunan parada hazırlıq məşqləri keçirilir - VİDEO

Hazırda oxunan: Vətən müharibəsində qələbəyə həsr olunan parada hazırlıq məşqləri keçirilir - VİDEO

4396

Dekabrın 10-da keçiriləcək Vətən Müharibəsində qələbəyə həsr olunmuş hərbi parada hazırlıq məşqləri davam edir.

Bizim.Media xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Azadlıq Meydanında keçiriləcək hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən, silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdiriləcək.

Paradda, həmçinin, Vətən müharibəsi zamanı Azərbaycan ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq.

Bizim.Media



 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO