Şəkidə ağaclara qarşı soyqırım keçirən “qatillər” tapıldı – Ekologiya nazirliyindən AÇIQLAMA 

Şəkidə ağaclara qarşı soyqırım keçirən “qatillər” tapıldı – Ekologiya nazirliyindən AÇIQLAMA 

Hazırda oxunan: Şəkidə ağaclara qarşı soyqırım keçirən “qatillər” tapıldı – Ekologiya nazirliyindən AÇIQLAMA 

43959

Şəkinin Cumakənd kəndində çoxillik sağlam ağaclara qarşı keçirilən soyqırımı ilə bağlı məlumat vermişdik.

Kəndin Qax rayonuna doğru gedən avtomagistralının ətrafında və bir qədər iç hissələrdə, Əyriçayın, Əyriçay su anbarının sahilindəki yüzlərlə ağacın kənd ərazi nümayəndəsi Mustafa Əliyevin rəhbərliyi altında qırıldığını və yerli sahibkarlara yeşik düzəltmək üçün satıldığını bildirmişdik.

Cumakənd ərazi nümayəndəsi Mustafa Əliyev isə Bizim.Media-ya açıqlamasında demişdi ki, belə hadisə olmayıb, bu ona qarşı şər-böhtandır.
 

MÖVZU İLƏ BAĞLI:

Şəkidə “Qırmızı kitab”a düşən ağacların SOYQIRIMI başlayıb – Ekologiya Nazirliyi “qatili” tapacaqmı? - VİDEO


Məsələ ilə bağlı Ekologiya nazirliyinə də məlumat verərək həmin hadisə haqqında açıqlama istəmişdik.

Araşdırmalardan sonra oktyabr ayının 29-da nazirliyin yerli bölməsinin əməkdaşları faktı aşkarlayaraq nazirliyə məlumat veriblər.

Ekologiya nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə Bizim.Media-ya açıqlamasında bildirib ki, artıq hadisə yerində yazılanlar öz təsdiqini tapıb.

Sadəcə, məkanın araşdırılmasına sərf edilən vaxta görə törədilən qanun pozuntusunu oktyabrın 29-da aşkarlamaq mümkün olub: 

“Şəki rayonu ərazisində Cumakənd bələdiyyəsinin mülkiyyətinə aid sahədə ağacların kəsilməsi ilə bağlı qaldırılan məsələ 7 saylı idarənin məkdaşları tərəfindən araşdırılıb. Əyriçay vadisində 14 ədəd müxtəlif diametrli qovaq ağaclarının kəsilərək məhv edilməsi faktı aşakar edilib. Faktla bağlı müvafiq akt tərtib edilib, dəymiş ziyanın miqdarı 9500 manat hesablanıb”.

Xidmət rəisinin sözlərinə görə, bu hadisəni törədənlər artıq müəyyən edilib və izahatları alınıb:
 

“Sənədlər tam formalaşdırıldıqdan sonra isə işin Şəki  rayon prokurorluğna göndərilməsi təmin ediləcəkdir”.


Xatırladaq ki, əvvəlki yazımızda təqdim etdiyimiz video görüntülərdə kəsilən ağacların sayı 14 ədəddən dəfələrlə çoxdur. Materialda həm də qeyd edilmişdi ki, Cumakənd ərazisindən keçən Şəki-Qax avtomobil yolunun kənarılarında da müxtəlif ölçülərdə bu cür “ağac qətlimaları” törədilib. Həmin görüntülərdə 1,5-2 metr hündürlükdə kəsilən ağacların artıq pöhrələnmiş kadrları da var idi. 

Hər halda Bizim.Media olaraq Ekologiya nazirliyinin yazdıqlarımıza belə operativ və həssas yanaşdıqlarına və yaşıl həyatımızın məhv edilməsinə göz yummadıqlarına görə, təşəkkür edirik.

Məsələni diqqətimizdə saxlayacağıq.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO