“Cailber”: “Ermənilər Qarabağda zəlil günündə yaşayıblar” - VİDEO

“Cailber”: “Ermənilər Qarabağda zəlil günündə yaşayıblar” - VİDEO

Hazırda oxunan: “Cailber”: “Ermənilər Qarabağda zəlil günündə yaşayıblar” - VİDEO

43956

“Cailber” layihəsinin “YouTube” səhifəsində “Dəhliz, müharibə və sadə erməni gənci barədə” (“O koridore, voyne i prostom armyanskom parne”) adlı süjet təqdim olunub.
“İşğaldan azad edilmiş ərazilərimizdə bu gün baş verənlər infrastrukturun bərpası və yeni layihələrin işə salınması, əcnəbi nümayəndələrin səfərləri, hər əkilən ağacın, hər tikilən yarımstansiyanın açılışının işıqlandırılması ilk növbədə qlobal erməniçiliklə informasiya müharibəsində vacibdir, baxmayaraq ki, müharibə bir il əvvəl bitib”, - deyə reportajda bildirilir.

Bizim.Media xəbər verir ki, kadrlarda Azərbaycan ərazilərinin işğalı dövründə erməni diasporunun pulu ilə “Qədim erməni dağlarında “cənnət” haqqında” danışılanlara baxmayaraq, ermənilərin necə miskin şəkildə yaşadıqlarını göstərən kadrlar əks olunub və Azərbaycanın tarixi zəfəri ilə başa çatan 44 günlük müharibədən sonra ərazidə görülən quruculuq işlərindən danışılıb.

“Cəmi bir il keçib amma artıq Füzuli-Şuşa yolu tikilib, iki qardaş ölkənin iki qardaş lideri Füzuli Beynəlxalq Aeroportunun açılışını edib”, - deyə videoda vurğulanıb.

“Bizə heç kimə heç nəyi sübut eləmək lazım deyil. Sadəcə düşmənin vaxtilə ilə etdiklərini və bizim gördüklərimiz, görməyə davam etdiyimiz işləri göstərmək kifayətdir”, - süjetdə bildirilib.

Ətraflı videoda baxa bilərsiniz:

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO