Ağdamda qolları məftillə bağlı skeletlər diri-diri BASDIRILIB? – ŞOK İDDİA

Ağdamda qolları məftillə bağlı skeletlər diri-diri BASDIRILIB? – ŞOK İDDİA

Hazırda oxunan: Ağdamda qolları məftillə bağlı skeletlər diri-diri BASDIRILIB? – ŞOK İDDİA

43847

Xəbər verildiyi kimi Ağdam rayonunun işğaldan azad olunmuş ərazilərində iki insan skeleti aşkarlanıb. Rayonun Uzundərə adlanan ərazisində yol tikintisi texnikaları qazıntı işləri apararkən skeletlər ortaya çıxıb. Şahidlərin dediyinə görə sümüklərin paltar qalıqları qadın və kişiyə aid olub.

Ağdam şəhəri və Uzundərə adlanan ərazi 1993-cü ilin iyul ayının 23-dən erməni işğalında olub və 27 il Ermənistan silahlı qüvvələrinin nəzarəti altında qalıb. 

Sözügedən hadisə ilə bağlı ictimaiyyətdə müxtəlif versiyalar ortaya atılır. İddialara görə skeleti tapılan şəxslər Ağdam sakinləri və erməni vandalizmlərinin işgəncəsinə məruz qalan girovlar olub. Ehtimal olunur ki, sümükləri tapılan qadın və kişi diri-diri basdırılıb. 
 

“Əgər öldürülüblərsə, niyə şəxslərin əlləri bir-birlərinə məftillə bağlanıb?”, - deyə bəzi ekspertlər hesab edir. 


Əlbəttə ki, skeleti tapılan şəxslərin kimliyi araşdırma başa çatdıqdan sonra məlum olacaq.

Maraqlıdır, skelet və qalıqlardan götürülən nümunələrin nəticələri neçə günə müəyyənləşir? Üzərindən 30 ilə yaxın müddət keçən faktın detallarını araşdırmaq mümkün olacaqmı? Məsələ ilə bağlı aidiyyyəti qurumlardan cavab ala bilmədik. 

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən də Bizim.Media-ya hər hansı məlumat verə bilməyəcəkləri qeyd olundu. 

Qeyd edək ki, hadisə yerinə baxış keçirən hüquq-mühafizə orqanlarının əməkdaşları insan qalıqlarını ekshumasiya edərək aidiyyəti üzrə tibbi ekspertizaya göndərib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO