Sənətkarlar könüllü KONSERT verdilər – Tamaşaçıları görün KİMLƏR idi? - FOTO/VİDEO

Sənətkarlar könüllü KONSERT verdilər – Tamaşaçıları görün KİMLƏR idi? - FOTO/VİDEO

Hazırda oxunan: Sənətkarlar könüllü KONSERT verdilər – Tamaşaçıları görün KİMLƏR idi? - FOTO/VİDEO

43815

Ötən gün Dövlət Təhlüksizlik Xidmətinin Mədəniyyət Mərkəzində “Ey vətən” layihəsi çərçivəsində qazi və şəhid ailələri üçün möhtəşəm tədbir keçirilib. Tədbir mədəniyyət xadimlərinin könüllülük prinsipi əsasında baş tutub və gecəyə Eyvaz Həşimovun rəhbərliyi ilə Hicaz Qrupu rəng qatıb. 

Vətənpərvərlik ruhunda təşkil olunan tədbir proqramında bir-birindən maraqlı ifalar, şer kompozisiyaları və milli rəqslər nümayiş olunub. 

Xalq artisti Nəzakət Teymurovanın, əməkdar artist Ehtiram Hüseynovun, gənc müğənni Samirə Əfəndi, xalq artisti Tünzalə Ağayevanın, əməkdar artist Eyyub Yaqubovun, eləcə də  tanınmış xanəndə, əməkdar artist Fərqanə Qasımovanın ifaları dinlənilib. 

Bədii gecə tanınmış aktrisa Simuzər Atakişiyeva, gənc şair, qiraətçi Xəzər Süleymanlının, Yuğ Dövlət Teatrının aktyoru və rejissoru Əbdülqani Əliyevin, kinoektyor Cavanşir Hadiyevin, eləcə də aktyor Qasım Nağının rəngarəng şeir kompozisiyaları ilə davam edib. 

Tədbirin təşkilat olunması ilə bağlı Bizim,Media-ya danışan jurnalsit Lalə Əliyeva Zəfər Günü ərəfəsində baş tutan gecəyə 2 aydır hazırlaşdıqlarını deyib:
 

“Təşəbbüs ilk olaraq Hicaz Qrupunun bədii rəhbəri və zərb alətlərinin ifaçısı Eyvaz Həşimovdan gəldi. O, qazi və şəhid ailələri üçün tədbir təşkil olunması istəyini bildirdi. Hicaz Azərbaycanda bir çox sənətkar nəslinin yetişməsinə yardımçı olan bir qrupdur.


Yəni onlar təşəbbüsü dilə gətirən kimi xeyli sənətkar ətrafına toplaşdı. 44 günlük müharibədə şücaətlik nümayiş etdirən qazilərimizə və səhidlərimizin ruhuna belə bir konsert həsr etdik. Bu gün qazilər və şəhid ailələri ən həssas təbəqədir. Onlara yalnız səmimi söz demək olar. Elə parçalar, elə şerlər seçdik ki, onların ürəklərinə yatdı. Bu proqram məxsusi bura üçün hazırlanıb. Hətta Tünzalə Ağayevanın ifasında dinlədiyiniz “Yağış” mahnısı da yeni aranjemandır. Hamı candan və ürəkdən işrirak etdi. Hesab edirəm ki, gözəl proqram alındı”.

Alçina Amilqızı, Bizim.Media 
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO