Qənirə Paşayeva Milli Məclisin bu gün keçirilən iclas zamanı bildirib ki, İcbari Tibbi Siğorta hər zaman işə yaramır.
Bizim.Media xəbər verir ki, o, bildirib ki, bir seçicisi olan qadının diz qapağı təcili dəyişdirilməli olduğu halda xəstəxanadan ona bildiriblər ki, illik plan yerlər dolub.
“Bu qadının ağrıları çoxdur, bəs, o, ne etsin? Ağrılarına dözsün ki, plan yerlər nə zaman açılacaq. Bu məsələ mütləq tezliklə müzakirə olunub, öz həllini tapmalıdır”.
Millət vəkilinin verdiyi suala cavab verən Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, bu ancaq büdcə çatışmazlığından irəli gəlir.
“Mən demirəm ki, burada hər şey tam qüsursuzdur, əlbəttə ki, problemlər var, zamanla bunlar müzakirə olunub həll olunacaq”.
Sonda spiker Sahibə Qafarova isə Millət vəkili Qənirə Paşayevanın dediyi qadının əməliyyatının keçirilməsini diqqətə götürdüyünü bildirib.
Vüsalə Balayeva, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:20 / 29.10.2021
Qənirə Paşayeva Tibbi Sığortadan gileyləndi: “İşə yaramırlar”
Hazırda oxunan: Qənirə Paşayeva Tibbi Sığortadan gileyləndi: “İşə yaramırlar”
Hazırda oxunan: Qənirə Paşayeva Tibbi Sığortadan gileyləndi: “İşə yaramırlar”
43799
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.