Kapital Bank bu il məcburi köçkünlərin çörək pulundan 9 milyon MƏNİMSƏYİB?  - İDDİA

Kapital Bank bu il məcburi köçkünlərin çörək pulundan 9 milyon MƏNİMSƏYİB?  - İDDİA

Hazırda oxunan: Kapital Bank bu il məcburi köçkünlərin çörək pulundan 9 milyon MƏNİMSƏYİB?  - İDDİA

43780

Məcburi köçkünlərə verilən oktyabr ayı üzrə müavinətdən yenə 5 manat tutulub. 

Bu barədə Bizim.Media-ya bir neçə məcburi köçkün məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

“Kapital Bank” SÖZ VERDİ – Qazinin BORCU silinəcək - AÇIQLAMA


Dediklərinə görə Kapital Bank artıq bu il üçüncü dəfədir ki, məcburi köçkünlərə verilən müavinətdən qeyri-qanuni haqq tutur. Birinci tutulma mart, ikinci tutulma isə may ayında olub. Bir ildə üçüncü dəfə müavinətin tutulması məcburi köçkünləri özlərindən çıxarıb.

Şikayətçilərin sözlərinə görə birinci tutulmada Kapital Bank tərəfindən əsas gətirilmişdi ki, müavinət guya bank xidmətləri üçün çıxılıb:

“Halbuki bu xidmət ildə bir dəfə olur. Artıq üçüncü dəfədir ki, çörək pulumuzu kəsirlər. Hər kartdan 5 manat, tək adamdan isə 3 manat müqabilində pul tutulur. Belə şey olar? Niyə rəsmi qurumlar susur və bu məsələni yoluna qoya bilmirlər. Banka gedirsən deyir xidmət haqqıdır. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi  isə müavinətin kəsilməsinin onlarlıq olmadığını deyir. Hara gedək, kimə müraciət edək?”, - deyə bir neçə məcburi köçkün gileylənib. 

Təxminən 600 minə qədər məcburi köçkünün plastik kartla çörək pulu aldığını nəzərə alsaq və hər kartdan ildə 3 dəfə 5 manat mənimsənilməsi 9 milyon manat vəsait edir. Tək adama verilən müavinətdən isə çıxılan 3 manatları da üstünə gəlsək, kifayət qədər vəsait yaranır. 
 

Qeyd edək ki, ötən dəfəki tutulmalarda da Kapital Bank məsələyə susqunluq nümayiş etdirmişdi. Bu dəfə də bankın rəsmisi Pərviz Sədrəddinov sorğumuzu cavabsız qoyub. 


Xatırladaq ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi saytımıza açıqlamasında müavinətin kəsilməsinin onlarlıq olmadığını qeyd edib.

Komitə müvafiq qayda əsasında, hər bir məcburi köçkün üçün ayrılmış vəsaitin onun üzvü olduğu ailənin başçısının adına açılan bank hesab kartına köçürüldüyünü bildirmişdi.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO