“Ermənistanda müharibə müzakirə mövzusu deyil” - Ruben Meqrabyandan ŞOK VİDEO

“Ermənistanda müharibə müzakirə mövzusu deyil” - Ruben Meqrabyandan ŞOK VİDEO

Hazırda oxunan: “Ermənistanda müharibə müzakirə mövzusu deyil” - Ruben Meqrabyandan ŞOK VİDEO

43603

“YouTube” kanallarından birində erməni siyasi ekspert Ruben Meqrabyan postkonflikt dövründə Ermənistandakı əhval-ruhiyyədən danışıb. Politoloq bildirib ki, Azərbaycanla sülh mövzusunda nə qədər çox erməni varsa, bir o qədər də çox mövqe mövcuddur:

“Belə bir deyim var: İki erməni bir yerə yığışıb 3 partiya yaratdı”.

Bizim.Media xəbər verir ki, zarafatının ardınca Ruben Meqrabyan ermənilərlə azərbaycanlıların əsrlərdir ki, birgə yaşadığını da qeyd edib.
 

Onun sözlərinə görə, Ermənistanda revanşizmin olub-olmaması ilə bağlı üstünlük təşkil edən ictimai rəy ondan ibarətdir ki, Ermənistanda revanşizm yoxdur, heç kim müharibə istəmir:


“Daha dəqiq desək, Ermənistanda müharibəni təkrarlamaq ovqatı mövcud deyil. Buna baxmayaraq, Ermənistanda bilirlər ki, savaş bitsə də, məsələ tam həll olunmayıb.

Cəmiyyətin siyasi yüklü hissəsini düşündürən də məhz budur:
 

Problem necə çözüləcək? Hazırda həm hökumət, həm də cəmiyyətin fəallığı, məhz bu suala cavab tapmağa yönəlib. Yəni, Ermənistanda “Yeni müharibəyə başlayaq, yoxsa yox?” sualı müzakirə olunmur.


Bir neçə nəfər müharibə ritorikası ilə çıxış edən varsa da, onlar belə fikirləri  üçüncü qonşuların təsiri altında səsləndirirlər”.

Meqrabyanın digər fikirləri də olan videonu təqdim edirik:

Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO