Bu ilin 9 ayı ərzində Azərbaycanda 285 min nəfərə Prezident təqaüdü ödənilib.
Bizim.Media xəbər verir ki, bu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “2021-ci ilin ilk 9 ayı: İqtisadi artımın bərpası və post-konflikt quruculuğu” mövzusunda hazırladığı “İslahat İcmalı” hesabatda əksini tapıb.
Həmin müddətdə 441,3 min nəfərə isə sosial müavinətlər ödənilib.
Bundan başqa, ölkədə 9 ay üzrə əmək pensiyası alanların sayı 1 205 346 nəfər olub.
Onlardan 709,9 min nəfəri yaşa görə, 352,9 min nəfəri əlilliyə görə, 142,6 min nəfəri isə ailə başçısını itirməyə görə pensiya alıb.
Hesabat dövründə 52 min ailəyə ünvanlı dövlət sosial yardımı ödənib. Ailəyə düşən orta aylıq məbləğ isə 267 manat təşkil edib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
10:09 / 28.10.2021
Bu il neçə nəfərə Prezident təqaüdü verilib? - STATİSTİKA
Hazırda oxunan: Bu il neçə nəfərə Prezident təqaüdü verilib? - STATİSTİKA
Hazırda oxunan: Bu il neçə nəfərə Prezident təqaüdü verilib? - STATİSTİKA
43591
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.