Fərdi evlərin tikintisi üçün İPOTEKA kreditləri verilə bilərmi? – Fonddan RƏSMİ AÇIQLAMA

Fərdi evlərin tikintisi üçün İPOTEKA kreditləri verilə bilərmi? – Fonddan RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Fərdi evlərin tikintisi üçün İPOTEKA kreditləri verilə bilərmi? – Fonddan RƏSMİ AÇIQLAMA

43513

Xəbər verdiyimiz kimi Rusiyada dövlət əhaliyə fərdi evlərin tikilməsi üçün illik 7% olmaqla güzəştli ipoteka təklif edir. Bunun üçün xüsusi imtiyazlı dövlət proqramı tərtib edilib.

Qeyd edək ki, ekspertlərin fikrincə, bu nəinki aztəminatlı, evsiz ailələrin köməyinə yarıyacaq, hətta başqa sahələrin də inkişafına təkan verəcək. Belə ki, bu proqram həyata keçirilsə, Bakıya olan böyük köçün də qarşısını alına bilər. Bundan başqa regionda başladılan belə kampaniya orada əlavə iqtisadi fürsətlər, iqtisadi canlanma yarada bilər. 

Bəs, Azərbaycanda bu sahədə hansı işlər görülür? Bu təcrübə Azərbaycanda da tətbiq oluna bilərmi? 

Bu sualla Azərbaycan Respublikası Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fonduna müraciət etdik.
 

MÖVZU İLƏ BAĞLI:

İpoteka kreditlərinin sayı və məbləği açıqlandı


Qurumun mətbuat katibi Yeganə Ramazanova Bizim.Media-ya açıqlamasında bilridib ki, Fond 2006-cı ildən etibarən Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ölkədə uzunmüddətli ipoteka kreditlərinin verilməsi həyata keçirir.

Onun sözlərinə görə,  bugünədək Fondun vəsaiti hesabına 1 milyard 940 milyon manat məbləğində ipoteka krediti verilib və bunun sayəsində 36 minə yaxın ailə ipoteka krediti hesabına mənzil şəraitinin yaxşılaşdırıb. 

“Hazırda ipoteka kreditlərinin verilməsi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”na uyğun aparılır. Qaydaya əsasən ipoteka kreditləri yalnız yaşayış sahəsinin (çoxmərtəbəli yaşayış binalarında yerləşən mənzillər, fərdi yaşayış və bağ evləri,) alınmasına verilir”. 

Yeganə Ramazanova onu da bildirib ki, ölkə üzrə mənzil tikintisinin maliyyələşdirilməsi, ilkin mənzil bazarının dəstəklənməsi, əhalinin ipoteka kreditlərinə çıxış imkanlarının artırılması Fondun qarşısında duran əsas prioritetdir. 

“Bununla əlaqədar, ölkəmizdə əhalinin mənzil tələbatına və ehtiyaclarına uyğun sistemin daha da təkmilləşdirilməsi, bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsinə dair müvafiq tədbirlər həyata keçirilir”.

Vüsalə Balayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO