Bakı Azərbaycan bayrağı ilə işıqlandırıldı - FOTO

Bakı Azərbaycan bayrağı ilə işıqlandırıldı - FOTO

Hazırda oxunan: Bakı Azərbaycan bayrağı ilə işıqlandırıldı - FOTO

4339

Dekabrın 4-də canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda qurban vermiş Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi yad edilib.

Bizim.Media xəbər verir ki,  bu münasibətlə Heydər Əliyev Mərkəzi, "Alov qüllələri" və Bakı Olimpiya Stadionu Azərbaycan bayrağı ilə işıqlandırılıb.

Xatırladaq ki, Ermənistanın hərbi təcavüzü və ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də Azərbaycan Ermənistanın otuz ilə yaxın davam edən işğalçılıq siyasətinə son qoymaq və torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda Vətən müharibəsinə başlayıb.

44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan xalqı tarixi qələbə qazanıb və ölkəmizin ərazi bütövlüyü bərpa olunub. Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO