“Rusiya və NATO münasibətlərini faciəvi adlandırmaq doğru deyil, sadəcə olaraq ona görə ki, bu münasibətlər ümumiyyətlə yoxdur”.
Bizim.Media xəbər verir ki, bu sözləri Rusiya XİN rəhbəri Sergey Lavrov Norveç xarici işlər naziri ilə görüşünün nəticələri haqda keçirdiyi mətbuat konfransında deyib.
Lavrov NATO ilə heç bir əlaqələrinin olmadığını bu sözlərlə ifadə edib:
“Rusiya-NATO əlaqələrini katastrofik adlandırmazdım. Çünki katastrofik olması üçün nəsə əlaqə lazımdır. Bizim isə NATO ilə heç bir əlaqəmiz yoxdur”.
Qeyd edək ki, NATO alyansdakı Rusiya nümayəndələrinin sayını ixtisar edib. Buna cavab olaraq Rusiya NATO-nun Moskvadakı daimi ofisinin 1 noyabrdan bağlanacağını elan edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:14 / 26.10.2021
Rusiya ilə NATO-nun heç bir əlaqəsi yoxdur - Lavrov
Hazırda oxunan: Rusiya ilə NATO-nun heç bir əlaqəsi yoxdur - Lavrov
Hazırda oxunan: Rusiya ilə NATO-nun heç bir əlaqəsi yoxdur - Lavrov
43245
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.