Zaqatalada məktəb yandı - FOTO

Zaqatalada məktəb yandı - FOTO

Hazırda oxunan: Zaqatalada məktəb yandı - FOTO

43232

Zaqatala rayonu ərazisində yerləşən məktəblərin birində yanğın olub.

Bizim.Media xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun ən ucqar kəndlərindən biri olan Cimcimax kənd ümumi orta məktəbində qeydə alınıb.

Belə ki, anidən başlayan yanğına ilk müdaxiləni kənd sakinləri edib.

Şəhər mərkəzindən 28 kilometr məsafədə yerləşən kəndə yanğınsöndürənlər çatana kimi yanğın sakinlər tərəfindən söndürülüb.

Yanğın nəticəsində məktəb direktorunun otağı və otağın yanar konstruksiyaları yanıb.

Qeyd edək ki, Cimcimax kənd ümumi orta məktəbində 56 şagird təhsil alır. Faktla bağlı araşdırma aparılır. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO