Qubadlıya “HAROP”, “Quzğun” və “Qırğı” PUA-ları gətirilib

Qubadlıya “HAROP”, “Quzğun” və “Qırğı” PUA-ları gətirilib

Hazırda oxunan: Qubadlıya “HAROP”, “Quzğun” və “Qırğı” PUA-ları gətirilib

43214

Dövlət Sərhəd Xidmətinin (DSX) Qubadlıda yeni istifadəyə verilən hərbi hissə kompleksinin silah və döyüş texnikası arsenalına “HAROP”, “Quzğun” və “Qırğı” zərbəendirici pilotsuz uçuş aparatları daxildir.

Bizim.Media xəbər verir ki, Azərbaycanın Ermənistanla dövlət sərhədinin Qubadlı və Laçın rayonları ərazisindən keçən hissəsinin mühafizəsini təmin edən Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin ərazisi 25 hektardır.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev: “Bizi hələ döyüşməyə məcbur edirlər, biz də hazırıq"


Kompleksin döyüş texnikası parkında helikopterlər, “HAROP”, “Quzğun” və “Qırğı” zərbəendirici pilotsuz uçuş aparatları, tank əleyhinə dəzgahlı qumbaraatanlar və idarə olunan raketlər, 120 və 82 millimetrlik minaatanlar, zenit qurğuları və digər müasir silah sistemləri mövcuddur.

Bununla yanaşı, hərbi hissənin istifadəsində döyüş texnikaları, yüksəkkeçidli nəqliyyat vasitələri, zirehli və avtomobil texnikası, tibb avtomobilləri var.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 25-də Qubadlı rayonunda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışında iştirak ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO