Azərbaycan filmi beynəlxalq mükafata layiq görüldü - VİDEO 

Azərbaycan filmi beynəlxalq mükafata layiq görüldü - VİDEO 

Hazırda oxunan: Azərbaycan filmi beynəlxalq mükafata layiq görüldü - VİDEO 

43106

Azərbaycanın Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Bakı Media Mərkəzi” və “Salnaməfilm” studiyası tərəfindən istehsal olunmuş “Sonuncu” sənədli filmi “OFF CINEMA” 25-ci Beynəlxalq Sənədli Film Festivalında “Bürünc Qəsr” (Bronze Castle) mükafatına layiq görülüb. 

Bizim.Media xəbər verir ki, "Azərbaycanfilm" bu barədə məlumat verib. 

Bu il oktyabrın 19-24-də Polşanın Poznan şəhərində keçirilən festivalın uzun metrajlı sənədli filmlər müsabiqəsində “Sonuncu” ilə birgə 13 film yarışıb. 

Filmin baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev Nazim Hüseynov, rejissoru Fariz Əhmədov, ssenari müəllifləri Esmira Əyyub Fariz Əhmədovdur. 

Film Kürdili adasının sonuncu sakini Vitali Pronindən bəhs edir. 

“Sonuncu” bu il premyerasını 50-ci Rotterdam Beynəlxalq Film Festivalında etdikdən sonra, müxtəlif ölkələrin mühüm film festivallarında iştirak edib. Eyni zamanda Bosniya-Hersoqovinada keçirilən 15-ci Jahorina Film Festivalında isə “Ən Yaxşı Sənədli Film” nominasiyası üzrə “Golden Maple” (Qızıl Ağcaqayın) mükafatına layiq görülüb. 

Filmin treylerini təqdim edirik: 

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO