Türkiyəli aktrisa Hande Ataizi özündən 20 yaş kiçik sevgilisi Dinç Aydoğdu ilə münasibətlərini rəsmiləşdirmək qərarına gəlib.
Bizim.Media xəbər verir ki, aktrisa sonuncu müsahibəsində sevgilisindən evlilik təklifi aldığını açıqlayıb:
"Biz zatən indi evli kimiyik. Üç ilə yaxındır ki, bir yerdəyik. Sadəcə özümüzün olduğu, rahat hiss etdiyimiz, heç kimin heç kimdən asılı olmadığı bir nizam qurmuşuq.
Hamı bir-birinə diqqətlidir və birlikdə olmaqdan çox xoşbəxtəm. Evlilik təklifi hələ də qüvvədə qalır, mən ona "hə" cavabını vermişəm".
Aktrisa aralarındakı 20 yaş fərqi münasibətlərinizə necə təsir etdiyinə də aydınlıq gətirib:
"İlk vaxtlar mənə bir az qəribə gəlirdi. Dinç məni bu vəziyyəti qəbul etməyimə yardımçı oldu. Bu əlaqəni korlamağa , kəsməyə çox çalışdım. Səbəblərim bitdi və "Yaşanması lazım olanı yaşa" dedim".
Qeyd edək ki, Hande hazırda "Camdaki kız" serialında Cana obrazını canlandırır.
Bizim.Media