Şəhid Səbuhi Zeynalovun xatirəsi YAD EDİLDİ - FOTO  

Şəhid Səbuhi Zeynalovun xatirəsi YAD EDİLDİ - FOTO  

Hazırda oxunan: Şəhid Səbuhi Zeynalovun xatirəsi YAD EDİLDİ - FOTO  

42797

Bu gün Siyəzən rayonunun Böyük Həmyə  kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Səbuhi Yədulla oğlu Zeynalovun xatirəsi yad edilib.  

Bizim.Media xəbər verir ki, şəhidin 46 yaşı adını daşıyan Böyük Həmyə kənd tam orta məktəbində qeyd edilib.  

Büstü önünə yığışan şagird və müəllimlər şəhidin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. 

Məktəbin dərs hissə müdiri Səbinə Güləliyeva şəhid Səbuhi Zeynalovun həyat yolu barədə danışıb, onun 18 yaşında hərbi xidmətə getdiyini və 1994-cü il mayın 8-də Murovdağda şəhid olduğunu deyib. 

Səbinə Güləliyeva qeyd edib ki, məhz birinci Qarabağ şəhidlərinin igidliklərindən dərs və güc alan indiki gənclik Vətən Müharibəsində tarix yazdılar.  

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO