Dövlət qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ - BU TARİXDƏ...

Dövlət qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ - BU TARİXDƏ...

Hazırda oxunan: Dövlət qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ - BU TARİXDƏ...

0:00
0:00
42770

Dövlət İmtahan Mərkəzi oktyabr 24-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün Bakı şəhərində test imtahanları keçiriləcək. 

Mərkəzdən Bizim.Media-ya verilən məlumata görə, imtahan binalarına yalnız tibbi maska daxil olmağa icazə veriləcək. 

Girişdə namizədlərin hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq.  

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır və 3 saat davam edir. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmır. 
 

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur.  


Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini, “İmtahana buraxılış vərəqəsi"ni və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni gətirməlidirlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO