3 ölkənin baş nazir müavinlərinin Moskvada keçirilən görüşü əsasən iqtisadi və nəqliyyat məsələlərinin müzakirəsi və həllinə həsr olunub. Bu fikirdə olan politoloq Fikrət Sadıxov müzakirələrdə sərhədlərin delimitasiyasının da mühüm yer tutduğunu xatırlatdı:
“Bu dəfəki gündəmdə də əlbəttə ki, Zəngəzur dəhlizi birinci məsələ kimi müzakirə edilib”.
Bizim.Media-ya özəl açıqlamasında Fikrət Sadıxov Moskva görüşündə digər nüansların da müzakirəsini istisna etməyib.
MÖVZU İLƏ BAĞLI:
Moskvada üçtərəfli görüş başa çatdı – ZƏNGƏZUR DƏHLİZİ AÇILIR?
Mümkün müzakirə predmetləri bunlardır:
“Gələcəkdə sülh müqaviləsinin bağlanması, eyni zamanda Ermənistan tərəfinin noyabr bəyanatını yerinə yetirməsi də müzakirə olunacaq. Dövlət başçımız da Zəngilanda çıxış edəndə qeyd etdi ki, biz bu görüşdə yenidən öz mövqeyimizi bildirəcəyik və bu pozisiyadan geri çəkilməyəcəyik”.
Xatırladaq ki, dünən başlayan məsləhətləşmələr bu gün da davam etdiriləcək.
Bizim.Media