Bayram Nurlu: “Bacım oğlu həkim səhlənkarlığı ucbatından öldü” - VİDEO

Bayram Nurlu: “Bacım oğlu həkim səhlənkarlığı ucbatından öldü” - VİDEO

Hazırda oxunan: Bayram Nurlu: “Bacım oğlu həkim səhlənkarlığı ucbatından öldü” - VİDEO

42583

İnstagram fenomeni Bayram Nurlu 9 yaşlı bacısı oğlu Qasımzadə İbrahimxəlilin ölümündə birbaşa Qax Rayon Mərkəzi Xəstəxanasının həkimi Günay İsayevanı günahlandırır. 

O, bu barədə Bizim.Media-ya danışarkən deyib. Onun sözlərinə görə, hər iki uşaq həkim səhlənkarlığı ucbatından vəfat edib.

“Cavan qadındır, pulnan diplom alıb gəlib oturub həkim işləyir. Uşaqlar göbələkdən zəhərlənən günü səhər saat 5-də onları xəstəxanaya aparıblar, mədə-bağırsaqları yuyulub, bir-iki sistem edib. Saat 11-12 radələrində isə vəziyyətləri yaxşıdır deyib, yollayıb onları evə. Guya müalicə üçün 1-2 dərman da yazıb. Sonra bildirib ki, heç nə yedirtməyin, ancaq maye qəbul etsinlər. Mən onları Bakıya gətirmək istəyirdim, qoymayıb ki, yaxşıdırlar. 2 gündən sonra onların vəziyyətləri daha da pisləşib və uşaqlar yenidən xəstəxanaya çatdırılıblar. Həkim biləndə ki, İbrahimxəlil mənim bacım oğludur, tez qaranəfəs deyib ki, Bakıya çatdırın”.
 

MÖVZU İLƏ BAĞLI:

Bayram Nurlu bacısı oğlunun ölümündə həkimi GÜNAHLANDIRDI – “Mən Bakıya gətirmək istəyirdim”


B.Nurlu deyir ki, mən bacımoğlunu görəndə artıq ölüm ayağında idi. Onun sözlərinə görə Bakıdakı həkimlərin ona vəziyyətə müdaxilə etməyin artıq gec olması barədə xəbərdarlıq ediblər.

“Uşaq Bakıya çatanda artıq gec idi, həkimlər mənə bildirdilər ki, zəhər artıq qana keçib. Onlar həmçinin qeyd etdilər ki, əgər zamanında müdaxilə edilsəydi uşaq ölməzdi. Yeznəm və bacım da pis vəziyyətdədirlər, onlar da uşağın ölümündə həkim səhlənkarlığı ucbatından olduğunu deyirlər. Bu yaxınlarda Zaqatalada da uşaqlar zəhərlənmişdi, həkimlər dərhal onları Bakıya göndərdilər. Zəhərlənən bir şəxsin qanı anında yuyulmalıdır. Bunlar isə bunu etməyiblər. Sən necə bu uşaqları evə yollamısan, ay həkim? Həkim səhlənkarlığı, savadsızlığı ucbatından bacımın gül kimi balası getdi”.

Bayram Nurlunun iddiası ilə əlaqədar Qax Rayon Mərkəzi Xəstəxanasının həkimi Gunay İsayeva ilə əlaqə qurmağa çalışdıq. Lakin zənglərimiz cavabsız qaldı.

Bizim.Media
 


 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO