“Barselona” Çempionlar Liqasında ilk qələbəsini qazandı

“Barselona” Çempionlar Liqasında ilk qələbəsini qazandı

Hazırda oxunan: “Barselona” Çempionlar Liqasında ilk qələbəsini qazandı

42539

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində III turun daha iki qarşılaşması keçirilib.

Bizim.Media xəbər verir ki, E qrupunda yer alan, iki turdan sonra xalsız olan və sonuncu pillədə qərarlaşan İspaniyanın "Barselona" klubu Ukraynanın "Dinamo Kiyev” komandasını qəbul edib.

“Nou Kamp” stadionunda baş tutan görüş meydan sahiblərinin minimal hesabla qələbəsi ilə başa çatıb - 1:0. Kataloniya təmsilçisinin yeganə qoluna 36-cı dəqiqədə Jerar Pike imza atıb. 

Qeyd edək ki, bu “Barselona”nın cari mövsüm UEFA Çempionlar Liqasında vurduğu ilk topudur. 

Bu qrupun digər görüşü - “Benfika” (Portuqaliya) - “Bavariya” (Almaniya) arasında oynanılacaq.

G qrupunda yer alan Almaniyanın "Volfsburq" və Avstriyanın "Zaltsburq" komandaları üz-üzə gəlib. Matç avstriyalıların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO