Adolf Hitler Namibiyada seçkilərə qatıldı

Adolf Hitler Namibiyada seçkilərə qatıldı

Hazırda oxunan: Adolf Hitler Namibiyada seçkilərə qatıldı

4251

Adolf Hitler adlı siyasətçi Namibiyada keçirilən yerli seçkilərdə böyük qələbə qazanıb.

Bizim.Media-nın BBC-yə istinadən verdiyi xəbərə görə, Adolf Hitler Uunona keçən həftə Ompundja seçki dairəsindən məclis üzvü seçilib.

O, Almaniyanın “Bild” qəzetinə verdiyi müsahibəsində adının Adolf olmasına bazmayaraq, dünyaya hökmranlıq etmək planının olmadığını söyləyib.

Nasist ideologiyası ilə heç bir əlaqəsi olmadığını xüsusi vurğulayıb:

“Adolf digər alman adları kimi, vaxtilə Almaniyanın müstəmləkəsi olan ölkələrdə nadir deyil”.

Qeyd edək ki,  siyasətçi hakim “Swapo” partiyasını təmsil edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO