Ağıllı domofonla davası onu məşhur etdi - VİDEO

Ağıllı domofonla davası onu məşhur etdi - VİDEO

Hazırda oxunan: Ağıllı domofonla davası onu məşhur etdi - VİDEO

42437

Rusiyanın Başqırdıstan respublikasında bir nəfər "Ufanet" ağıllı domofona görə sosial şəbəkələrdə populyarlaşıb.

Bizim.Media xəbər verir ki, bu haqda görüntüləri “RİA Novosti” agentliyi yayıb.

Mənbə yazır ki, vətəndaş içəri daxil olmaq üçün domofona yaxınlaşır, ancaq süni intellekt robotu onu tanımır. Sakin isə bundan hirslənərək aparatı yumruğu ilə vurmağa başlayır və onu “axmaq” adlandırır. Domofon isə fikrindən dönmür və  "Mən səni başa düşmədim” cavabını verir.

Şirkət bunun səbəbini RİA Novosti-yə açıqlayıb və bildirib ki, sakinlər tətbiqə az foto yükləyiblər:

“Qapının yalnız "üzlə" deyil, həm də mobil tətbiq və ya adi bir maqnit açarı ilə də açmaq olur”.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO