Sovet dövründə tikilən 430 yaşayış binası sayğaclaşdırılır - “Azərsu” - FOTO

Sovet dövründə tikilən 430 yaşayış binası sayğaclaşdırılır - “Azərsu” - FOTO

Hazırda oxunan: Sovet dövründə tikilən 430 yaşayış binası sayğaclaşdırılır - “Azərsu” - FOTO

42386

“Azərsu” ASC sovet dövründə tikilmiş 430 yaşayış binasını sayğaclaşdırır.

ASC-dən Bizim.Media-ya bildirilib ki, çoxmənzilli yaşayış binalarının daxili su təchizatı sistemlərinin yenidən qurulması məqsədilə “Azərsu” tərəfindən yeni layihənin icrasına başlanılıb.
 

Hazırda Bakı və Sumqayıt şəhərlərində, həmçinin ətraf qəsəbələrdə icra olunan layihə çərçivəsində binaların daxilində yerləşən dik dayaqlar ləğv edilərək pilləkən qəfəsələrinə çıxarılır, hər bir abonent sayğacla təmin olunur.


İstehlakçıların suölçən cihazlarla təmin edilməsi məqsədilə həyata keçirilən layihə Bakı şəhərinin Səbail, Nəsimi, Yasamal, Binəqədi, Nərimanov, Xətai və Qaradağ rayonlarında, həmçinin Sumqayıt şəhəri və Abşeron rayonunda sovet dövründə tikilmiş 430 yaşayış binasını və bəzi ərazilərdə fərdi yaşayış evlərini əhatə edir. Bu məqsədlə mənzillərdə və fərdi yaşayış evlərində 28 minədək sayğacın quraşdırılması nəzərdə tutulur.

İcrasına cari ilin sentyabr ayında başlanmış layihə çərçivəsində artıq 3 mindən çox sayğac quraşdırılıb.

2013-cü ildən binadaxili su təchizatı sistemləri “Azərsu”nun balansına verilib. Ötən dövrdə dövlət investisiyaları hesabına Abşeron yarımadası və regionlarda 6000-dən artıq çoxmənzilli yaşayış binasının daxili su təchizatı sistemləri yenidən qurulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO