Şəhid Elvin Qurbanov belə YAD EDİLDİ - FOTO

Şəhid Elvin Qurbanov belə YAD EDİLDİ - FOTO

Hazırda oxunan: Şəhid Elvin Qurbanov belə YAD EDİLDİ - FOTO

42335

Qusar şəhərindəki Şəhidlər Xiyabanında Vətən Müharibəsi şəhidi Elvin Elmar oğlu Qurbanovun şəhadətinin ildönümü qeyd  edilib.

Bizim.Media xəbər erir ki, oktyabrın 14-də Füzuli döyüşlərində şəhid olan əsgər Elvin Qurbanov oktyabrın 19-da dəfn edilib.

Şəhidin xiyabandakı məzarı ailə üzvləri, ictimaiyyət nümayəndələri, millət vəkili Azər Badamov, Qusar İcra hakimiyyətinin əməkdaşları, keçmiş döyüşçülər tərəfindən ziyarət olunub. Məzarı önünə gül dəstələri qoyulub.

Anım mərasimində 21 yaşlı şəhid Elvin Qurbanovun  əsgər kimi döyüşlərə qələbə inamı ilə qatıldığı, qəhrəmancasına şəhid olduğu vurğulanıb.

Vəfatından sonra əsgər Elmar Qurbanovun şücaəti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO