Rezidenturaya boş qalan yerlərə qəbulun nəticələri açıqlandı

Rezidenturaya boş qalan yerlərə qəbulun nəticələri açıqlandı

Hazırda oxunan: Rezidenturaya boş qalan yerlərə qəbulun nəticələri açıqlandı

42328

Dövlət İmtahan Mərkəzi 2021/2022-ci tədris ili üçün rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələrini elan edib. 

DİM-dən Bizim.Media-ya verilən məlumata görə, namizədlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. 

Boş qalan 16 plan yeri üzrə 47 namizəd müsabiqədə iştirak edib. Onlardan 16 nəfəri rezidenturaya qəbul olub. 

Rezidenturaya qəbul olunanlar tələb olunan sənədləri 21 oktyabr 2021-ci il tarixində saat 10:00-dan 13:00-dək müvafiq qurumların müəyyən etdiyi müəssisələrdə yaradılmış işçi qrupa təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Daha ətraflı məlumat Səhiyyə Nazirliyinin rəsmi internet saytında veriləcək. 

Rezidenturaya qəbul olanların bu müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və onlar qəbul olanlar siyahısından çıxarılacaqdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO