Bir sinfin və ya məktəbin bağlanması üçün neçə şagird KORONA tutmalıdır? – Rəsmi CAVAB

Bir sinfin və ya məktəbin bağlanması üçün neçə şagird KORONA tutmalıdır? – Rəsmi CAVAB

Hazırda oxunan: Bir sinfin və ya məktəbin bağlanması üçün neçə şagird KORONA tutmalıdır? – Rəsmi CAVAB

42295

Son vaxtlar ölkədə epidemioloji durum kritikləşib. Xüsusilə təhsil müəssisələrində koronavirusa yoluxma ilə bağlı vəziyyət ciddi şəkil alıb. Hər gün az qala bir məktəb və ya bir neçə sinif yoluxma səbəbindən distant təhsilə keçir. Bəzi məktəblərdə isə koronavirusa yoluxma faktı 1 və ya bir neçə sayda aşkarlansa da, nə sinif, nə də məktəb karantinə bağlanır.  

Sadəcə olaraq koronavirusa yoluxuş şagird də daxil olmaqla, yanında, arxasında və qarşısında əyləşənlər 14 gün müddətinə karantinə göndərilir.

Sinif bir qayda olaraq əyani tədrisə davam edir. Nümunə olaraq Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən 76 və 280 nömrəli məktəbləri nümunə gətirə bilərik. 76 nömrəli məktəbin 9-cu siniflərindən birində yoluxma aşkarlansa da, əyani tədris davam edir. Bu durumdan xəbərdar və narahat olan bəzi valideynlər övladlarını məktəbə göndərmirlər.  

Valideynlərdən biri saytımıza açıqlamasında deyib ki, övladının sinfində yoluxmaya görə davamiyyət pozulub. Hər gün 10-a yaxın şagird, bəzən ondan da çoxu dərsə gəlmir.


Səbəb isə valideynlərin narahatlığıdır. Məktəb rəhbərliyinə bu barədə müraciət etsələr də, direktor  məsələyə aidiyyəti qurumların qərar verəcəyini əsas gətirir.  Nəticə etibarilə isə şagirdlərin çoxu təhsildən kənarda qalıb. Bununla yanaşı valideynlər Təhsil Nazirliyinə də məktəbin karantinə bağlanması ilə bağlı məktub ünvanlayıblar. 

Sözügedən problem neçə koronavirus faktına görə sinfin və ya məktəbin bağlanması qərarı verilməsi məsələsini gündəmə gətirib. 

Yəni bir şagirdin yoluxması sinfin bağlanmasına kifayət edirmi?


Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov Bizim.Media-ya açıqlamasında bununla bağlı səlahiyyətin müvafiq rayon üzrə Gigiyena və Epidemiologiya Mərkəzinə aid olduğunu deyib:
 

MÖVZU İLƏ BAĞLI

"Ankara məktəbi" koronavirusa görə BAĞLANDI


“Təhsil müəssisəsində koronavirusa yoluxma faktı ilə bağlı Mərkəzə müraciət olunur. Araşdırmalar zamanı yoluxma sayı və ya təmaslar əsas götürülərək müvafiq qərar verilir”.

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən isə saytımıza bildirilib ki, təhsil müəssisəsinin ayrı-ayrı siniflərində (qruplarında) əyani formada aparılan tədris və təlim-tərbiyə prosesinin dayandırılması, yenidən bərpası barədə qərar Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyi əsasında Təhsil Nazirliyini məlumatlandırmaqla həmin təhsil müəssisəsi tərəfindən qəbul edilir:

“Təhsil müəssisəsinin siniflərində (qruplarında) qeydə alınan hər bir COVID-19 infeksiyası hadisəsi Səhiyyə Nazirliyinin bütün şəhər və rayonlarda fəaliyyət göstərən gigiyena və epidemiologiya mərkəzlərinin mütəxəssisləri tərəfindən tam araşdırıldıqdan sonra hadısənin sanitariya-epidemioloji aspektləri (xəstələnmə vaxtı, təmas müddəti, inkubasiya dövrü, Qaydaların tələblərinə  əməl  olunması vəziyyəti, yoluxmanın səbəbi, sinifdə (qrupda) olan digər təhsilalanları yoluxdurma amilləri və s.) qiymətləndirilməklə müvafiq rəy təhsil müəssisəsinin rəhbərliyinə təqdim olunur.
 

Sinifdə (qrupda) əyani tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə rəy bildirilən hallarda təhsil müəssisəsinin rəhbərliyi tərəfindən Təhsil Nazirliyi məlumatlandırılmaqla  uyğun təbirlər görülür”.


Rəsmi qurumların da cavablarından göründüyü kimi təhsil müəssisələrində kütləvi yoluxma olan zaman karantin qərarı verilir. Bu isə təhlükəli halın mövcudluğunu və genişlənəcəyini bir qədər də yubatmaq deməkdir. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO