Rusiya şirkətləri Ermənistan iqtisadiyyatına 1 milyard dollar sərmayə qoyur – RƏSMİ

Rusiya şirkətləri Ermənistan iqtisadiyyatına 1 milyard dollar sərmayə qoyur – RƏSMİ

Hazırda oxunan: Rusiya şirkətləri Ermənistan iqtisadiyyatına 1 milyard dollar sərmayə qoyur – RƏSMİ

0:00
0:00
42285

Rusiyanın İqtisadi İnkişaf nazirinin müavini Dmitri Volvaç jurnalistlərə verdiyi açıqlamada Rusiya şirkətlərinin yaxın illərdə Ermənistan iqtisadiyyatına 1 milyard dollardan çox sərmayə qoymağı planlaşdırdıqlarını deyib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya “armeniasputnik.am” saytında yer alıb.

Mənbə yazır ki, Volvaç bu vəsaitin infrastruktura, enerji və nəqliyyata, mədənçıxarma sahəsinə yatırılacağını bildirib.

Nazir müavini onu da qeyd edib ki, Rusiya biznesinin aktivləşməsi şirkətlər üçün yaradılan şəraitin komfort olduğunu göstərir.

Vəsaitin yeni atom elektrik stansiyasının tikintisinə qoyulub-qoyulmayacağı ilə bağlı sualı Volvaç belə cavablandırıb:

“Mütəxəssislər real layihəyə üstünlük verirlər”.
 

Qeyd edək ki, Ermənistan hakimiyyəti yeni atom elektrik stansiyasının tikintisi ilə bağlı müxtəlif layihələri müzakirə edir. Ümumiyyətlə, Ermənistan tərəfi Rusiya, Cənubi Koreya, Çin və ABŞ-dan olan layihələri nəzərdən keçirir.


Yeni stansiyanın layihəsi gələcək üçün düşünülüb. Çünki indiki stansiyanın resursu artıq tükənib. Onun nə qədər işləyə biləcəyi reaktor gəmisinin təmirindən asılı olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO