UEFA Konfrans Liqasının qrup mərhələsinin III turunda "Qarabağ" və Qazaxıstan "Kayrat"ı arasında keçiriləcək oyunun hakimləri bəlli olub.
Bizim.Media-nın məlumatına görə, qarşılaşma Ukraynadan olan hakimlər briqadasına tapşırılıb.
FIFA referisi Yevgeni Aranovskiyə Semyon Şlonçak və Andrey Skripka laynsmanlar qismində kömək edəcəklər. Dördüncü hakim funksiyasını Vitali Romanov yerinə yetirəcək.
Qeyd edək ki, oktyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Kayrat" qarşılaşması saat 20:45-də başlanacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
12:32 / 19.10.2021
"Qarabağ"ın oyunu üçün ukraynalı hakim – TƏYİNAT
Hazırda oxunan: "Qarabağ"ın oyunu üçün ukraynalı hakim – TƏYİNAT
Hazırda oxunan: "Qarabağ"ın oyunu üçün ukraynalı hakim – TƏYİNAT
42271
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.