Türkiyədə koronavirus üçün peyvəndlənmənin başlayacağı tarix açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə Naziri məlumat verib.
Türkiyə Çinin Sinovac şirkətinin hazırladığı CoronaVac peyvəndini istifadə edəcəyini və şirkətdən 50 milyon peyvənd alacağını açıqlayıb.
Səhiyyə Naziri Fahrettin Koca peyvəndin dekabr ayının 11 Türkiyəyə gələcəyini və peyvəndlənmənin 4 mərhələdə olacağını bildirib.
CoronaVac peyvəndinin üçüncü mərhələsinin sınaqları hələ başa çatmadığından, peyvənd heç bir səlahiyyətli qurumdan satış təsdiqini almayıb. Lakin Çində arzu edən şəxslər bu peyvəndi ödənişli olaraq əldə edə bilir.
Aliyə İlyas, Bizim.Media

- A-
- A
- A+
Region
19:30 / 03.12.2020
Türkiyədə İlk Peyvənd üçün vaxt təyin edildi
Hazırda oxunan: Türkiyədə İlk Peyvənd üçün vaxt təyin edildi
Hazırda oxunan: Türkiyədə İlk Peyvənd üçün vaxt təyin edildi
4216
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.