Baş Prokurorluq Sənay Qəhrəmanlı ilə bağlı məlumat yaydı

Baş Prokurorluq Sənay Qəhrəmanlı ilə bağlı məlumat yaydı

Hazırda oxunan: Baş Prokurorluq Sənay Qəhrəmanlı ilə bağlı məlumat yaydı

42150

Baş Prokurorluğun Mətbuat Xidməti Sənay Qəhrəmanlının cinsi təcavüzə məruz qalması ilə bağlı rəsmi məlumat yayıb.  

Bizim.Media-ya verilən məlumatda deyilir:

"27.07.2004-cü il təvəllüdlü Sənay Qəhrəmanlının cinsi təcavüzə məruz qalması barədə müraciəti əsasında Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə Yasamal rayon prokurorluğunda başlanmış cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülməklə istintaqın davam etdirilməsi İstintaq idarəsinə həvalə edilmişdir. 

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri həyata keçirilir. 

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən kütləvi informasiya vasitələri və sosial media nümayəndələrinə müraciət edilərək, bu qəbildən olan  həssas mövzularla bağlı etik və qanunvericilik normalarına riayət edilməsi, dəqiqləşdirilməmiş və istintaqın gedişinə mane ola biləcək məlumatların yayılmaması xahiş olunur". 

Qeyd edək ki, Sənay Qəhrəmanlı Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin keçmiş müavini Fuad Qəhrəmanlının kiçik qızıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO