ABŞ Müdafiə naziri “3+3” formatına münasibət bildirdi: “Əvvəlcə Rusiya...” – ÖZƏL VİDEO

ABŞ Müdafiə naziri “3+3” formatına münasibət bildirdi: “Əvvəlcə Rusiya...” – ÖZƏL VİDEO

Hazırda oxunan: ABŞ Müdafiə naziri “3+3” formatına münasibət bildirdi: “Əvvəlcə Rusiya...” – ÖZƏL VİDEO

42142

Gürcüstanda səfərdə olan Pentaqon rəhbəri Lloyd Austin rəsmi görüşdən sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Bizim.Media xəbər verir ki, Gürcüstanın CNN internet televiziyasının “Qarabağ müharibəsindən sonra regionda yeni reallıq yaranıb.
 

MÖVZU İLƏ BAĞLI:

Gürcüstan ABŞ müdafiə nazirini qarşılamağa hazırlaşır - VİDEO


Bizim ölkəmizdə region dövlətləri tərəfindən təklif olunan “3+3” formatına qoşulmaq söhbəti gəzir. Siz necə bilirsuiniz, bu Gürcüstanın NATO-ya üzv olmasını əngəlləyə bilərmi

Ümumiyyətlə bu formata münasibətiniz necədir? ”sualına Pentaqon rəhbəri belə cavab verib: 

“Mən onu deyə bilərəm ki, Gürcüstan torpaqlarının 20 % zəbt edən Rusiya ilk növbədə başqa platformalar yaratmazdan əvvəl 2008-ci ildə imzalanan sülh sazişinə əməl edib, o torpaqlardan çıxmalıdır. Biz hər zaman Cənubi Qafqaz regionu ilə çalışmağı, ortada olan müəyyən mübahisələri aradan qaldırmağa vasitəçi olmaqda maraqlıyıq və buna görə hər bir yardımı göstərməyə hazırırq”.

Jurnalistlərin Çinin daşınan nüvə silahı ilə bağlı və Şərqdə yeni gərginlik ocaqlarına qarşı ABŞ rəsmisindən münasibət bildirməsini istəməsinə isə Lloyd Austin tərəfindən qısa cavab verilib:

“Bu məsələ barədə münasibət bildirmək istəmirəm. Biz hələki Çinin bütün addımlarını izləməklə məşğuluq”

Vüsalə Balayeva, Bizim.Media

 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO