Gəlirlərin uçotunu aparmayan vergiödəyicisinə maliyyə sanksiyası tətbiq edilirmi? - AÇIQLAMA

Gəlirlərin uçotunu aparmayan vergiödəyicisinə maliyyə sanksiyası tətbiq edilirmi? - AÇIQLAMA

Hazırda oxunan: Gəlirlərin uçotunu aparmayan vergiödəyicisinə maliyyə sanksiyası tətbiq edilirmi? - AÇIQLAMA

42100

Vergi Məcəlləsinə əsasən nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda alıcıya rəsmiləşdirilməyən xərclərin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Bizim.Media Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, mövzuya aydınlıq gətirən iqtisadçı Anar Bayramovun sözlərinə görə, burada əsas məqsəd vergiödəyicisinin sənədi olmayan və satışı həyata keçirilən mallarına (iş xidmətlərinə) görə maliyyə sanksiyasının tətbiq edilməsidir.

“Məsələn, mebel istehsalı ilə məşğul olan vergiödəyicisi dövr ərzində 40 min manatlıq mebel satışını həyata keçirsə də, istehsalda istifadə edilən taxta materiallarının uçotunu həyata keçirməyib.

Belə olduqda, vergi orqanı mədaxili rəsmiləşdirilməyən taxta materiallarının alış qiymətinə, alış qiymətini müəyyənləşdirmək mümkün olmadıqda isə topdansatış qiymətinə uyğun hesablama həyata keçirir və vergi qanunvericiliyinə uyğun olaraq, 10 faiz miqdarında maliyyə sanksiyası tətbiq edir”, - deyə A.Bayramov qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO