Bu gün Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda təbii qazın tarifləri ilə bağlı müvafiq qərarlar qəbul edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Tarif Şurası məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Qazın yeni qiyməti əhaliyə necə təsir edəcək? - MƏBLƏĞ
Tarif (qiymət) Şurası üzvlərinin yekdil qərarı ilə təbii qazdan istifadə tarifləri əhalinin illik istehlakının 1200 m3 -dək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılır.
İstehlak səbətində bir nəfər üçün aylıq qaz istehlakı həcmi 21 kub metr müəyyənləşdirilib. Orta statistik ailə tərkibinin 4 nəfər olduğunu nəzərə alsaq, bu da il ərzində təxminən 1.000 kub metr qaz istehlakı deməkdir.
Yeni tariflərin istehlak edilən qaz üzrə ödəmələrində 4 nəfərdən ibarət bir ailənin aylıq istehlak səbətinə birbaşa təsiri 1,72 manat həddində olacaq.
Bizim.Media