Qarabağda döyüşən Azərbaycan əsgərləri İğdırda coşqu ilə qarşılanıblar.
Bizim.Media xəbər verir ki, onlar şəhid Bülent Aydın Hava Limanından quru yolu ilə birbaşa Naxçıvana yola düşüblər.
Əsgərlərimizə əslən Azərbaycandan olan vətəndaşlar sevgilərini nümayiş etdiriblər. Əllərində Azərbaycan bayraqları olan insanlar avtobusa daxil olaraq “xoş gəldiniz, başımızın tacı! Allah sizi qorusun”,- deyə bildiriblər.
Türk polisi və jandarma komandasının müşayiəti ilə hərəkət edən hərbçilər Dilucu Sərhəd Məntəqəsindən Naxçıvana keçiblər.
Bizim.Media