Gözlər nə deyir? - MARAQLI FAKTLAR

Gözlər nə deyir? - MARAQLI FAKTLAR

Hazırda oxunan: Gözlər nə deyir? - MARAQLI FAKTLAR

41836

Bayquşun gözlərinin çox hissəsi göz bəbəyilə əhatə olunub. Bu səbəbdən onlar gözlərini oynada, fırlada bilmir ki, yalnız qarşısındakıları görürlər. 

Bizim.Media xəbər verir ki, buna baxmayaraq bayquşlar başlarını 360° döndərə bilirlər.

Yırtıcıların gözləri ön hissədə yerləşir ki, ovlarını vaxtında görsünlər.

Otyeyən heyvanlarda isə gözlər başın böyür hissəsindədir. Bununla onlar yaxınlaşan yırtıcını zamanında sezirlər.

Səkkizayaqlıların göz bəbəkləri düzbucaq formasındadır. Bu isə onlara ərazini 340 dərəcə ölçüdə görməyə imkan verir. İnsanlarda isə vizion dairəsi 190°-dir.

İnsanlardan söz düşmüşkən onu da qeyd edək ki, xırda gözlü insanların baxışları daha iti olur. İri və qəşəng gözlər isə daha diqqətsizdirlər, onlar özlərindən başqa heç kimi görmürlər. 

El arasında bir söz də var ki, göy gözlərin enerjisi daha keçicidir, onların gözü tez dəyir. Daha gözəl bir ifadə isə “gözlər yalan söyləməz” fikridir. 

Odur ki, gözlərinizi heç kimdən və heç nədən yayındırmayın, yayınmayan gözlər daha doğrudur!

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO