ABŞ-ın yeni Prezidenti Co Bayden “New York Times” qəzetinə daxili və xarici siyasət planları barədə danışıb.
Bizim.Media-nın məlumatına görə, Bayden ABŞ Konqresində iqtisadi yardım paketi qanununun qəbul edilməsinə səy göstərəcəyini bildirib.
O, xarici siyasət prioritetlərini də açıqlayıb. Bayden İranla bağlı nüvə anlaşmasına dönəcəyini, ancaq bu müddətin çətin olacağını vurğulayıb:
“İranın nüvə silahına sahib olması Səudiyyə Ərəbistanı, Türkiyə və Misir kimi ölkələri öz ərazisində bu silahların olmasına təşviq edir”.
Bayden ABŞ-ın müttəfiqləri və tərəfdaşları ilə danışıqlar yolu ilə İrana qoyulan məhdudiyyətləri sərtləşdirməyə və genişləndirməyə çalışacağını və raket proqramını gündəmə gətirəcəyini söyləyib:
“ABŞ-ın lazım olduqda sanksiyaları geri qaytarmaq seçimi var və İran bunun fərqindədir”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:10 / 03.12.2020
Bayden İranı sanksiyalarla hədələdi
Hazırda oxunan: Bayden İranı sanksiyalarla hədələdi
Hazırda oxunan: Bayden İranı sanksiyalarla hədələdi
4168
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.