Bakıda azyaşlı narkotikdən istifadə edib? – DİN-dən REAKSİYA 

Bakıda azyaşlı narkotikdən istifadə edib? – DİN-dən REAKSİYA 

Hazırda oxunan: Bakıda azyaşlı narkotikdən istifadə edib? – DİN-dən REAKSİYA 

0:00
0:00
41677

"Sosial şəbəkələrdə Bakıda azyaşlının narkotik maddə qəbul etməsinə dair iddialar yayılıb. Aparılan araşdırmalarla müəyyən edilib ki, azyaşlının narkotik vasitə istifadəsinə dair iddialar əsassızdır". 

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev sosial şəbəkədəki hesabında yazıb. 

E. Hacıyev bildirib ki, həmin azyaşlı anasının yanındadır:

"Onlar barəsində dəfələrlə profilaktik tədbirlər görülüb. Sığınacağa yerləşdirilməsi təklif olunsa da, o, bundan qəti imtina edib. Həmin uşaq və anası xroniki xəstəlikdən əziyyət çəkirlər. Ana və azyaşlı uşağın qanunvericiliyə uyğun olaraq, aidiyyəti qurumlar məlumatlandırılmaqla müvafiq xəstəxanaya yerləşdirilməsi, eləcə də həyat və sağlamlıqlarının nəzarətə götürülməsi istiqamətində tədbirlər görüləcək. Hazırda bu istiqamətdə ərazi polis orqanına müvafiq göstərişlər verilib".

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO