Braziliyadan darmadağın, Argentinadan minimal hesablı qələbə - VİDEO 

Braziliyadan darmadağın, Argentinadan minimal hesablı qələbə - VİDEO 

Hazırda oxunan: Braziliyadan darmadağın, Argentinadan minimal hesablı qələbə - VİDEO 

41661

2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsinin XII turunun matçında Braziliya yığması Uruqvay seçməsini qəbul edib. 

Bizim.Media xəbər verir ki, Manaus şəhərinin “Arena Amazoniya” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. 

Braziliya yığması 11 matçdan sonra 31 xalla ən yaxın rəqibi Argentina millisini 6 xalla qabaqlayaraq seçmə mərhələnin yarış cədvəlinə liderliyini davam etdirir. 

Digər oyunda Argentina yığması Peru millisini qəbul edib. Buenos-Ayresin “Monumental Antonio Vespucci Liberty” stadionunda keçirilən görüş Argentina millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu 43-cü dəqiqədə Lautaro Martines vurub. 

Hər iki qarşılaşmanın icmalını təqdim edirik: 

Bizim.Media

 

 

 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO