Ağdam rayonunun Bənövşələr qəsəbəsində qədim dövrə aid maddi-mədəniyyət nümunələri - iki ədəd saxsı qab və çoxlu saxsı qırıntılar aşkar olunub.
AMEA-dan Bizim.Media-ya bildirilib ki, aşkar edilən mədəniyyət nümunələri Ağdam Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilib.
Muzeyin direktoru Ülvi Qədirov aşkar olunan saxsı qablardan birinin qara cilalı olmasının maraq doğurduğunu deyib Bu qabın muzeydə qara cilalı ilk saxsı eksponat olduğunu vurğulayıb.
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ arxeoloji ekspedisiyasının rəhbəri, professor Hidayət Cəfərov isə bildirib ki, tapıntılar son tunc - erkən dəmir (e.ə. XII-XI əsrlər) dövrünə aiddir və yaxınlıqdakı Palıdlı nekropolunun materialları ilə eyni tiplidir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:47 / 03.12.2020
Ağdamdan tunc dövrünə aid eksponatlar tapıldı
Hazırda oxunan: Ağdamdan tunc dövrünə aid eksponatlar tapıldı
Hazırda oxunan: Ağdamdan tunc dövrünə aid eksponatlar tapıldı
4165
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.