Ermənistan əsirləri şərtsiz qaytarmaq niyyətindədir

Ermənistan əsirləri şərtsiz qaytarmaq niyyətindədir

Hazırda oxunan: Ermənistan əsirləri şərtsiz qaytarmaq niyyətindədir

4163

Ermənistan Qarabağda əsir və girov düşən şəxslərin geri qaytarılması prosesində "hamının hamıya" prinsipinin tətbiq edilməsinə razılıq verib.

Bizim.Media xəbər verir ki, bu barədə  Ermənistanın Baş nazirinin müavini Tiqran Avinyan bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin ilə görüşündə deyib.

O, əsirlərin geri qaytarılması üçün yeni mexanizmlər yaratmağı təklif edib:

"Əsirlərin heç bir şərt irəli sürülmədən dərhal qaytarılması üzrə bir mexanizm yaradılması təklif olunur", -deyə Avinyan qeyd edib.

Baş nazirin müavini deyib ki, əsirlərin geri qaytarılması, itkin düşənlərin və ölənlərin cəsədlərinin axtarışı ilə bağlı məsələlər Ermənistan hökumətinin gündəmindədir və prosesi sürətləndirmək üçün hər şey edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO