Xəbər verdiyimiz kimi, bu gün Tbilisidə Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin tərəfdarları onun azadlığa buraxılması tələbi ilə Azadlıq meydanına toplaşmağa başlayıb.
Mitinq yerli vaxtla saat 18.00-da start götürüb.
Bizim.Media hazırda Gürcüstan paytaxtında baş verənlərlə bağlı mitinq öncəsi görüntüləri əldə edib.
MÖVZU İLƏ BAĞLI:
Saakaşvili aclığa nə vaxt son qoyacaq? - Vəkilindən AÇIQLAMA
“Vahid Milli Hərəkat” Partiyasının liderlərindən biri Georgi Baramidze Bizim.Media-ya müsahibəsində deyib ki, Mixeil Saakaşvili azad edilənədək mitinq davam edəcək.
Xatırladaq ki, Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, hazırda Rustavi həbsxanasındadır və 14 gündür ki, aclıq aksiyası keçirir.
Bizim.Media