Bu gün şəhid Mahmud Xudaverdiyevin ANIM GÜNÜDÜR - FOTO  

Bu gün şəhid Mahmud Xudaverdiyevin ANIM GÜNÜDÜR - FOTO  

Hazırda oxunan: Bu gün şəhid Mahmud Xudaverdiyevin ANIM GÜNÜDÜR - FOTO  

41622

Bu gün Zaqatalanın 21 yaşlı şəhidi Mahmud Əhməd oğlu Xudaverdiyevin Suqovuşan döyüşlərində şəhid olduğu gündür.  

Bizim.Media xəbər verir ki, Mahmud 2019-cu ilin iyul ayında ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsindən hərbi xidmətə yollanıb.

Tərtərdə hərbi xidmətdə olub. Vətən Müharibəsi başlayanda  o da digər vətənpərvər Azərbaycan övladı kimi cəbhəyə, amansız düşmənə qarşı mübarizədə iştirak edib. 2020-ci il oktyabr ayının 14-də isə o, düşmən gülləsinə tuş gələrək şəhadətə yüksəlib və Zaqatalanın Dardoqqaz kənd  qəbristanlığında dəfn edilib.  

Bizim.Media-ya danışan şəhidin ailəsi bildirib ki, körpə vaxtı anasını itirən Mahmud analığı Nailə xanımın himayəsində boya-başa çatıb.   

Nailə xanımın Mahmudu doğma balası kimi sevdiyini bildirib:  

“Mən Mahmuda körpəliyindən süd vermişəm. O, mənə doğma balam  kimi idi. Ailədə bütün uşaqlara özüm baxmışam. Mahmud şəhid olanda o qədər ağladım ki... Amma təsəllimiz bu oldu ki, igid balamız torpağımızı düşmən tapdağı altından xilas edərək şəhidlik zirvəsinə ucaldı”.  

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO