İnternetdə yayılan bəzi xəbərlərə görə, Gürcüstanda baş nazirin dəyişdirilməsi gözlənilir. İrakli Qaribaşvilini bu post üçün çox aqressiv sayanlar var. Belə ki, Bidzina İvanişvilinin fikrincə, o, Avropa ilə münasibətlərə xələl gətirir. Onun yerinə İnfrastruktur naziri İrakli Karseladzenin təyin olunacağı ehtimal olunur.
Bizim.Media məsələ ilə bağlı yayılan məlumatları dəqiqləşdirmək və fikir öyrənmək üçün Gürcüstan Ekspertlər Klubunun üzvü Gia Xuxaşvili ilə əlaqə saxlayıb:
MÖVZU İLƏ BAĞLI:
Gürcüstan “3+3” formatına niyə qoşulmaq istəmir? – Gia Xuxaşvilidən ÖZƏL CAVAB
“Bu, təsdiqlənməmiş informasiyadır” deyən politoloq bildirdi ki, oktyabrın 30-dək ciddi yenilik və dəyişiklik gözləməyə dəyməz:
“30 oktyabrdan sonra çox şey ola bilər. Həqiqətən də Qaribaşvili seçkiqabağı aqressiv siyasi texnologiyalardan istifadə etməklə Qərblə fikir ayrılığı (anlaşılmazlıq) ocaqları yaradıb. Bunun Qaribaşvilinin istefası üçün nə dərəcədə tənqidi olacağı hələki aydın deyil”.
Bizim.Media