Yoluxma 65 milyona çatır - Dünyanın COVİD-19  STATİSTİKASI

Yoluxma 65 milyona çatır - Dünyanın COVİD-19  STATİSTİKASI

Hazırda oxunan: Yoluxma 65 milyona çatır - Dünyanın COVİD-19  STATİSTİKASI

4155

Dünyada yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı 64 milyon 844 min 771 nəfərə çatıb.

Bizim.Media "Worldometers"ə istinadla xəbər verir ki, pandemiya qurbanlarının sayı 1 milyon 499 min 346 nəfərdir. İndiyədək 44 milyon 941 min 481 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 14 313 941 nəfər virusa yoluxub, 279 865 pasiyent dünyasını dəyişib.

İkinci sırada Hindistan dayanır. Bu ölkədə 9 534 964 xəstə qeydə alınıb. Hindistanda son sutkada 1493 yeni yoluxma aşkarlanıb.

Üçüncü sırada Braziliya qərarlaşıb. 6 436 650 nəfərdə virus aşkar edilib. Xəstələrdən 174 531 nəfəri həyatını itirib.

Dördüncü yerdə Rusiyadır. 2 347 401 yoluxma, 41053 ölüm faktı qeydə alınıb.

Siyahıda beşinci olan Fransada 2 244 635 nəfər virusa yoluxub ki, onlardan 53 816-sı ölüb.

Altıncı sırada İspaniyadır. Burada 1 682 533 yoluxma halı təsdiqlənib. İndiyədək 45 784 nəfər dünyasını dəyişib.

Siyahının yeddinci pilləsində yer alan Böyük Britaniyada bu günə qədər 1 659 256 nəfər virusa yoluxub, 59 699 pasiyent ölüb.

Səkkizinci pillədə olan İtaliyada 1 641 610 yoluxma qeydə alınıb, 57 045 nəfər dünyasını dəyişib.

Doqquzuncu sırada gələn Argentinada 1 440 103 nəfər virusa yoluxub, 39 156 xəstə vəfat edib.

Kolumbiya dünyada koronavirusa yoluxanların sayına görə 10-cudur. Bu ölkədə indiyədək 1 334 089 nəfərdə yoluxma təsdiqlənib. Onlardan 37 117-si ölüb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO