ABŞ və İsraildən İrana son XƏBƏRDARLIQ: VAXT AZALIR

ABŞ və İsraildən İrana son XƏBƏRDARLIQ: VAXT AZALIR

Hazırda oxunan: ABŞ və İsraildən İrana son XƏBƏRDARLIQ: VAXT AZALIR

41540

ABŞ-ın dövlət katibi Entoni Blinken Vaşinqtonda İsrail və BƏƏ-nin xarici işlər nazirləri Yair Lapid Abdullah bin Zayed əl Nəhyan ilə görüşüb.

Bizim.Media "Azad İran" Telegram kanalına istinadən xəbər verir ki, İsrail və ərəb dövləti arasındakı münasibətlərin düzəlməsinin ildönümü ilə bağlı keçirilən görüşdən sonra birgə mətbuat konfransı düzənlənib.

Mərasimdəki çıxışında, Blinken İranın atom silahı əldə etməməsi haqda Amerikanın başqa ölkələrlə həmfikir olduğunu bəyan edib.
 

O, vaxtın azaldığını və İranın öz yolundan dönməyəcəyi halda diplomatiyadan başqa seçənəklərin nəzərdən keçiriləcəyini bildirib.


Yair Lapid isə İranın hər ötən gün atom silahı əldə etməyə bir az da yaxınlaşdığını qeyd edib. O, İsrailin müdafiə haqqını özündə saxladığını bir daha xatırladıb və hər kəsin "başqa vasitələr” sözünün əsl mənasını anladığını vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO