Fransanın keçmiş prezidenti Valeri Jiskar d Esten 94 yaşında vəfat edib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Valeri Jiskar d Esten adına vəqfi məlumat verib.
Məlumatda bildirilib ki, sabiq prezident koronavirus səbəbindən dünyasını dəyişib.
Fransanın prezidenti Emmanual Makron, keçmiş dövlət başçıları Nikola Sarkozi və Fransua Olland Valeri Jiskar d Estenin ölümünə görə başsağlığı veriblər.
D Estenin dəfn mərasimi məhdud sayda insanın iştirakı ilə keçiriləcək.
Xatırladaq ki, Valeri Jiskar d Esten Fransa Respublikasının 20-ci prezidenti olub. O, 1974-1981-ci illərdə ölkəyə başçılıq. D Esten Avropa İttifaqı Konstitusiyasının müəlliflərindən biridir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:58 / 03.12.2020
Fransanın sabiq prezidenti koronavirusdan öldü
Hazırda oxunan: Fransanın sabiq prezidenti koronavirusdan öldü
Hazırda oxunan: Fransanın sabiq prezidenti koronavirusdan öldü
4151
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.